🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

​Bəşər Əsədin milyardlıq sərvəti - SİYAHI

07.12.2024 13:25 9 baxış sayı 3 dəq. oxuma
​Bəşər Əsədin milyardlıq sərvəti - SİYAHI

Suriya Prezidenti Bəşər Əsədin müxalifətlə son toqquşmalardan sonra ölkəni tərk etməsi barədə sensasiyalı xəbərlər yayılıb.

Metbuat.az xəbər verir ki, bəzi xarici medianın məlumatına görə, Əsəd ailəsini Rusiyaya göndərib, özü isə hələlik Suriyada qalır. Uzun illər davam edən vətəndaş müharibəsi və beynəlxalq sanksiyalardan sonra onun böyük sərvətlə birdəfəlik gedəcəyi gözlənilir.

Bu barədə Oxu.Az "ArkNews"a istinadən məlumat verir.

Bu xəbər həm Suriyanın özündə, həm də beynəlxalq arenada böyük əks-səda doğurub. Suriyalı üsyançılar son döyüşlərdən sonra Həma əyaləti üzərində nəzarəti bərpa edib və ölkənin paytaxtına - Əsəd hakimiyyətinin dayağı olan Dəməşqə yönəliblər.

Mediada Suriya liderinin sərvəti barədə məlumatlar yayılıb. Bildirilir ki, Əsəd ailəsinin saxta şirkətlər və mürəkkəb aktiv sahibliyi sxemləri vasitəsilə gizlədilmiş sərvəti bütün Suriyanın yeddi illik büdcəsinə bərabər məbləğdədir. Ailənin Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlakı və bank hesabları var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər.

Nəşr Əsəd ailəsinin real sərvətinin bir qismini təqdim edib:

- 5 milyard avro;

- 16 milyard dollar;

- 200 ton qızıl;

- Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinq;

- Neft və qazdan gəlirlər (dəqiq məbləğ məlum deyil);

- Suriya və xaricdə (o cümlədən Avropada) daşınmaz əmlak;

- Atası Hafiz Əsəddən qalan miras (dəqiq məbləğ məlum deyil).

Bildirilir ki, prezidentin mülkiyyətində "Mercedes-Benz S-Class" (dövlət tərəfindən verilib), "BMW 7" avtomobilləri, Hələb, Dəməşq və Laziqiyyədə saraylar var.

Müəllifin sözlərinə görə, əgər Bəşər Əsəd, həqiqətən, qaçarsa, Suriyanı qeyri-müəyyənlik dövrü gözləyir.

"Onun tərk etdiyi sərvətin taleyi və ölkənin gələcəyindəki rolu çox suallar doğurur. Beynəlxalq ictimaiyyət Əsədin aktivlərini izləməyə və onları Suriya xalqının rifahına yönəltməyə hazırlaşır", - deyə nəşrdə vurğulanıb.

Paylaş: