
Beynəlxalq bazarlarda neft ucuzlaşdı

Beynəlxalq bazarlarda brent markalı neft ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, brent markalı neft bundan əvvəlki qiymətlə müqayisədə təxminən 1,1 faiz ucuzlaşaraq 66,21 dollar olub. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir bareli 62,97 dollara alınıb. Bildirilir ki, ABŞ və Çin arasında ticarət müharibəsinin güclənəcəyinə dair narahatlıqlar neft qiymətlərinin aşağı düşməsinə səbəb olur. Analitiklər, ABŞ administrasiyasının tarif qərarları ilə bağlı Çindən başqa ölkələrlə danışıqlar prosesində irəliləyiş əldə etdiyinə diqqət çəkib.
Qeyd edək ki, Çin Ticarət Nazirliyi bütün tərəflərin ABŞ ilə iqtisadi və ticarət fikir ayrılıqlarını bərabər şərtlərlə məsləhətləşmələr yolu ilə həll etmək hüququna hörmət etdiyini, lakin Çinə zərər verən hər hansı razılaşmanın imzalanmasına qəti şəkildə qarşı çıxacağını bildirib.
Oxşar xəbərlər

Dünya birjalarında neft ucuzlaşdı
Bugun.az

Neft yenidən ucuzlaşdı
Son Xeberler

Neft yenə ucuzlaşdı
Son Xeberler

Neftin qiyməti ucuzlaşdı
Bugun.az

Dövlət Neft Fondunda yüksək vəzifəyə yeni
Son Xeberler

SOCAR-dakı dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Son Xeberler