
Bəzi ərazilərdə qazın təzyiqi niyə aşağıdır? - RƏSMİ CAVAB

Bakının bir sıra ərazilərində, o cümlədən Xırdalan şəhərində günün müəyyən saatlarında qaz təzyiqinin aşağı düşməsi müşahidə olunur. Bu hal xüsusilə qış aylarında, qaz tələbatının artdığı dövrlərdə daha çox yaşanır və sakinlər arasında narahatlıq doğurur.
Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qazın təzyiqi ilə bağlı ciddi problem yoxdur. Ancaq müəyyən obyektiv və subyektiv səbəblərdən lokal olaraq hansısa ərazilərdə təzyiqin aşağı düşməsi kimi hal ola bilir:
“Bu hal ilə bağlı abonentlərimizin müraciət edirlərsə və yaxud “Azəriqaz” İstehsalat Birliyinin ərazidə çalışan əməkdaşları təzyiqin aşağı olması ilə bağlı hər hansı bir siqnal alırlarsa, dərhal yerli istismar sahəsinə məlumat verilir, əraziyə baxış keçirilir və təzyiqin normallaşdırılması istiqamətində hərəkətə keçirilir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Cənub rayonlarında QAZ NİYƏ YOXDUR? -
Son Xeberler

Yanvarın 25-də bu ərazilərdə qar yağacaq
Bugun.az

ChatGPT-nin Sirli Sansürü: Bəzi Adlara Qadağa?
Texnologiya xəbərləri

Fevralın 18-də bu ərazilərdə qar yağacaq
Bugun.az

Yanvarın 21-nin havası açıqlandı
Bugun.az

Qaz limiti ilə bağlı təklif
Xəbər Anı