Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Binəli Yıldırım Ermənistan-Azərbaycan münasibətlərindən danışdı

24.09.2025 21:25 14 baxış sayı 2 dəq. oxuma Metbuat
Binəli Yıldırım Ermənistan-Azərbaycan münasibətlərindən danışdı

"Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir".

Metbuat.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək. "Bu, regional oyunçuların qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət, iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC, TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya birləşdirir".

O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər: "Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: