
Bir ailənin 5 üzvü dəm qazından zəhərləndu

Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Metbuat.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Onların evdə işıq generatorundan ayrılan dəm qazından zəhərlənmələri məlum olub. Zəhərlənən şəxslərə lazımi tibbi yardım göstərilib, bu gün xəstəxanadan evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
Bugun.az

Bir ailənin 4 üzvü faciəvi şəkildə öldü
Bugun.az

Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi
Bugun.az

Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlə...
Azəri Xəbər

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
Bugun.az

İkinci kurs tələbəsi də dəm qazından öldü
Xəbər Anı


