Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

BMT-dən İsrail və İrana çağırış

13.06.2025 05:25 46 baxış sayı 1 dəq. oxuma Metbuat
BMT-dən İsrail və İrana çağırış

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.

Metbuat.az xəbər verir ki, bu barədə dünya təşkilatı rəhbərinin sözçünün müavini Fərhan Haq deyib.

"Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir. O, İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır", - bəyanatda deyilir.

“Baş katib hər iki tərəfdən maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa-olsun münaqişənin gərginləşməsinə yol verməməyi xahiş edir”, - deyə Fərhan Haq bildirib.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: