Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Böhran içində olan "Real" ulduz futbolçunu alır

04.12.2025 06:52 10 baxış sayı 2 dəq. oxuma Metbuat
Böhran içində olan "Real" ulduz futbolçunu alır

"Real Madrid" mövsümün sonunda heyətini gücləndirmək üçün hərəkətə keçib. İddialara görə, klub "Bavariya"nın futbolçusu Dayot Upamekanonu transfer etmək niyyətindədir. Fransa millisinin üzvü olan futbolçunun "Bavariya" ilə hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatır. Tərəflər yeni müqavilə barədə hələ ki, razılığa gələ bilməyiblər. Bu vəziyyət İspaniya klubuna fransız müdafiəçisini transfer etmək üçün imkan yaradır.


Klub rəhbərliyi müdafiə xəttini gücləndirmək üçün yalnız Upamekano ilə məhdudlaşmır. Mənbələr bildirir ki, "Real" həmçinin "Liverpul"un müdafiəçisi İbrahima Konatenin xidmətində də maraqlıdır. İbrahima Konatenin hazırkı müqaviləsi mövsümün sonunda yekunlaşır.


Məlumatlara görə, əgər "Liverpul" Konate ilə yeni müqavilə şərtləri barədə razılaşa bilməsə, onu pulsuz buraxmamaq üçün hərəkətə keçə bilər. Belə olan halda, klub futbolçunu mövsümün fasiləsində komandadan göndərə bilər. "Real"ın bu addımı yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər etmək istəyini göstərir.


T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: