
Boranının bilinməyən faydaları

Soyuq havalar yaxınlaşdıqca, bədən immunitetini gücləndirən, orqanizmi isidən və enerji verən qidalara tələbat artır. Qədim Azərbaycan mətbəxinin sevilən ləzzətlərindən biri də boranıdır. Boranını sadəcə dadına görə deyil, həm də sağlamlığa verdiyi faydalara görə qış menyusuna əlavə etmək lazımdır. Bu yeməyi müntəzəm qəbul edənlər həm immunitetlərini gücləndirə, həm də orqanizmlərini zərərli maddələrdən təmizləyə bilirlər.
Boranının tərkibinə badımcan, pomidor, bibər, soğan, sarımsaq və bəzən ət daxildir. Bu tərəvəzlərin hər biri orqanizm üçün önəmli vitamin və minerallarla zəngindir. Məsələn, badımcan bədənin toksinlərdən təmizlənməsinə kömək edir. Pomidor isə C vitamini və antioksidantlarla zəngin olduğu üçün immun sistemini dəstəkləyir. Boranda istifadə olunan tərəvəzlər liflə zəngindir, buna görə də bu yemək həzm sisteminin düzgün işləməsinə kömək edir. Liflər bağırsaq mikroflorasını tənzimləyir və artıq yağların bədəndən çıxarılmasına yardımçı olur. Xüsusilə az yağlı hazırlanmış boranı mədə və qaraciyər üçün də faydalı sayılır.
Soyuq aylarda orqanizmin müqavimətini artırmaq üçün boranı ideal yeməklərdən biridir. Sarımsağın antibakterial təsiri ilə yanaşı, pomidorun və bibərin C vitamini ilə zənginliyi bədəni viruslara qarşı qoruyur. Mütəxəssislər payız və qışda həftədə bir-iki dəfə boranı yeməyi məsləhət görürlər. Az yağla və bol tərəvəzlə bişirilən boranı həm doyurucu, həm də aşağı kalorili qidadır. Bu xüsusiyyətinə görə arıqlamaq istəyənlər üçün əla seçim sayılır. Tərkibindəki lif və su balansı toxluq hissini uzun müddət saxlamağa kömək edir.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Qışda sarımsaq yeyin - bilinməyən faydaları
Bugun.az

Badamın bilinməyən faydaları
Bugun.az

Xıyarın bitməyən faydaları
Bugun.az

Qarpızın bilinməyən faydaları
Bugun.az

Zəncəfilli çayın faydaları açıqlandı
Bugun.az

Nar suyunun faydaları
Bugun.az


