Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Boşanmağa görə öldürülən Cəmalə tibb bacısı imiş - FOTO

13.02.2025 20:25 119 baxış sayı 1 dəq. oxuma Metbuat
Boşanmağa görə öldürülən Cəmalə tibb bacısı imiş - FOTO

Sumqayıtda boşanmaq istəyən qadın öldürülüb.

Metbuat.az Xəzər TV-yə istinadən məlumat verir ki, 41 yaşlı Cəmalə Quliyevanın həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürüldüyü bildirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qətlə yetirilən Cəmalə Quliyeva Sumqayıtda xəstəxanaların birində tibb bacısı işləyirmiş. İş yoldaşlarının sözlərinə görə, mərhumun universitetə qəbul olan iki əkiz oğlu var imiş.

Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: