
Bu deputat Rusiyadan 7 medal alıb - FOTO

Milli Məclisin deputatı Siyavuş Novruzov sinəsində gəzdirdiyi orden-medalların sayına görə digər siyasətçiləri qabaqlayır. O, indiyə qədər cəmi 22 dəfə təltif edilib.
Novruzovun aldığı mükafatlar arasında ən nüfuzlu təltif Prezident İlham Əliyevin imzası ilə 16 fevral 2019-cu ildə layiq görüldüyü "Şöhrət" ordenidir. Deputatın sahib olduğu bu 22 orden və medalın 7-si Rusiyada fəaliyyət göstərən fərqli qurumlar tərəfindən verilib. Bu yeddi təltif əsasən müharibə və hərbi veteran təşkilatları ilə bağlıdır.
Siyavuş Novruzov 14 sentyabr 2016-cı ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov tərəfindən “Vətənə sədaqət ordeni” ilə təltif olunub. Həmçinin, o, 02 fevral 2017-ci ildə SSRİ Daxili İşlər nazirinin sabiq birinci müavini Boris Qromov tərəfindən “Döyüş Qardaşlığı” veteranlar təşkilatı qarşısında xidmətlərinə görə” medalını alıb. Rusiyadan alınan beynəlxalq mükafatlar arasında “Vətənə xidmət ordeni” (01 may 2015), “Əfqanıstan müharibəsi veteranı” medalı (26 iyun 2012) və Əfqanıstan Veteranlarının Rusiya İttifaqı adından Vətən qarşısında Xidmətlərə görə medalı (15 fevral 2017) var. Bundan başqa, Novruzov “Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi” və “Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi” medalları ilə də təltif edilib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan Atleti Avropa Birinciliyində Qızıl və G...
Bugun.az

Azərbaycan medal sayında ikinci pilləyə yüksəldi -...
Bugun.az

Deputat Seçilən Məmuru Əvəzlədi - Foto
Bugun.az

Azərbaycan cüdoçuları Qvadalaxarada Qran-pridə par...
Azəri Xəbər

Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı
Bugun.az

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarl...
Son Xeberler


