
Bu ərazilərə güclü qar yağdı, yollar bağlandı - FOTO

Bir neçə gündür ki, Yardımlı rayonuna qar yağır. Qar daha çox rayonun ucqar dağ kəndləri olan Alar, Şıxhüseynli və Arvana kəndlərinə yağıb.
Metbuat.az xəbər verir ki, sakinlər bildirib ki, bu kəndlərdə qarın hündürlüyü 1, metrə çatıb. Qarın yağması bir sıra problemi də özü ilə gətirib. Kəndə gedən yol bağlanıb. Sakinlər görüntüləri və müsahibələrini özləri telefonla çəkərək "Xəzər Xəbər"ə göndəriblər.
Dəniz səviyyəsdinən 2493 metr hündürlükdə olan Alar kəndinin yolunun açılması ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinin gördüyü işləri öyrənmək məqsədilə qurumun başçısının müavinləri ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı. Yardımlı rayonunun Alar kənd bələdiyyəsinin sədri Alımirzə Sabiroğlu isə bildirdi ki, bu gün günün ikinci yarısında kəndə texnika göndərilib və yol qardan təmizlənərək açılıb.
Ötən gündən Lerikə yağan qarın hündürlüyü isə 62 sm-ə qədər çatıb. Qarın ən çox yağdığı yerlərdən biri rayonun Çayrud kəndidir.
"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən karlardan görünür ki, kənd ərazisində texnika qarın təmizlənməsində çətinlik çəkir.
Daha ətraflı videoda:
Oxşar xəbərlər

Sosial Media Fenomeni Yaş Fərqi Üçün Tənqid Alıb
Son Xeberler

Bu rayona güclü qar yağdı - Maşınlar yolda qaldı
Bugun.az

Güclü yağış: yollar çökdü, maşınları sel apardı
Xəbər Anı

Bakıdakı bu məktəb iki həftəlik bağlandı -
Son Xeberler

SON DƏQİQƏ!
Son Xeberler

Həyəcan təbili: bu qəbiristanlıqlar bağlandı
Xəbər Anı