
Bu əraziyə güclü qar yağdı

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin “Ömər aşırımı” adlanan ərazisi ağ örpəyə bürünüb.
Metbuat.az xəbər verir ki, dünəndən Qərb bölgəsində müşahidə edilən küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır.
Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdədir.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu ərazilərə güclü qar yağdı - Maşınlar yolda qald...
Bugun.az

Gəncədəki un fabrikində güclü yanğın nəhayət söndü...
Azəri Xəbər

Sosial Media Fenomeni Yaş Fərqi Üçün Tənqid Alıb
Son Xeberler

Bu rayona güclü qar yağdı - Maşınlar yolda qaldı
Bugun.az

Göydən ilan yağdı —
Son Xeberler

Göyçayda taxta sexində baş vermiş yanğın tamamilə...
Azəri Xəbər