🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Bu fondun adı dəyişdirilə bilər

21.11.2024 09:25 3 baxış sayı 2 dəq. oxuma
Bu fondun adı dəyişdirilə bilər

Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı danışıb.

Onun sözlərinə görə, növbəti il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək:

“Amma Fondun xərclərinə diqqət yetirsək, bütövlükdə işsizlikdən sığortaya görə ödənilən vəsaitlərin həcmi 17 milyon manat proqnozlaşdırılıb. Bu, Fondun xərclərinin 6,5 %-i deməkdir. Qalan 93,5 % digər istiqamətlərə yönəldiləcək. Yəni bu o deməkdir ki, Fondun adında “işsizlikdən sığorta” sözü olsa belə, Fondun xərclərindən işsizlikdən sığortaya ayrılan vəsait ümumi xərclərin cəmi 6,5 %-idir. Ona görə də Fondun adının dəyişdirilməsini təklif edirəm".

Sahil Babayev isə deputata cavab olaraq bildirib ki, növbəti il 77 milyon manat özünüməşğulluq proqramına yönəldiləcək:

"Əgər İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən özünüməşğulluğa yönəldilirsə, ya Fondun adına yenidən baxılmalı, ya da bütövlükdə meyarlar dəyişdirilməlidir”.

Paylaş: