Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu imtahana qeydiyyat başladı

22.07.2025 07:25 19 baxış sayı 2 dəq. oxuma Metbuat
Bu imtahana qeydiyyat başladı

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 22 iyuldan 30 iyul saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 10-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: