
Bu klub 4000 manat cərimələndi

AFFA İntizam Komitəsi "Sabah" klubunu 4000 manat cərimələyib.
Metbuat.az xəbər verir ki, buna məşqçi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda hakimlər briqadasını təhqir etməsi səbəb olub.
02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 37);
02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Sabah” klubu 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Qarabağ" və "Neftçi" cərimələndi
Azəri Xəbər

Bu klub 1200 manat cərimələndi
Bugun.az

AFFA bu klubu 2500 manat cərimələdi
Bugun.az

"Xalq Sığorta" Şirkətinin İşçisi Cərimələndi
Son Xeberler

“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər

Azərbaycanda bunu edənlər 11 min manat cərimələnək...
Son Xeberler


