Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ölkə İsrailə qarşı silah embarqosuna çağırdı

25.05.2025 18:25 76 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu ölkə İsrailə qarşı silah embarqosuna çağırdı

İspaniya İsrailə silah embarqosu tətbiq etməyə çağırır.

Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Jose Manuel Albarez bildirib.

O qeyd edib ki, Qəzzada müharibə bitməsə, beynəlxalq ictimaiyyət İsrailə silah satışını dayandırmalı və Aİ-İsrail assosiativ sazişi dayandırılmalıdır.

“Biz hamımız razıyıq ki, Qəzzanı nəhəng qəbiristanlığa çevirmək arzusundan başqa heç bir hərbi məqsədi olmayan mənasız müharibənin şahidi oluruq”, - Albarez bildirib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: