Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ölkədə 7,7 bal gücündə zəlzələ oldu

18.09.2025 20:25 14 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu ölkədə 7,7 bal gücündə zəlzələ oldu

Kamçatkanın (Rusiya) şərq sahilləri yaxınlığında 7,7 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.

ABŞ-nin Okean və Atmosfer üzrə Milli İdarəsi (NOAA) bölgədə sunami təhlükəsi elan edib. ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 7,8 bal olaraq qiymətləndirib.

Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov bildirib ki, bütün xidmətlər gücləndirilmiş hazırlıq rejiminə keçirilib. Yarımadanın şərq sahilləri boyunca sunami təhlükəsi elan olunub.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: