Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ölkədə helikopter qəzaya uğradı - Nazirlər həlak oldu

06.08.2025 15:25 21 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu ölkədə helikopter qəzaya uğradı - Nazirlər həlak oldu

Qanada göyərtəsində yüksək vəzifəli şəxslərin olduğu hərbi helikopter qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, qəza nəticəsində göyərtədə olan nazirlər həlak olub. Qana hökumətinin mətbuat xidmətinin məlumatına görə, hadisədə müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar. Qeyd edək ki, bundan əvvəl hərbi helikopterin radardan itdiyi barədə açıqlama verilmişdi.

Göyərtədə 5 sərnişin və üç ekipaj üzvünün olduğu bildilir. Qəzanın səbəbləri araşdırılır.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: