Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ölkələr döyüş təyyarələrini havaya qaldırdı

13.09.2025 18:25 19 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu ölkələr döyüş təyyarələrini havaya qaldırdı

Bu gün axşam saatlarında Polşa Hərbi Hava Qüvvələri Rusiyanın PUA təhlükəsi səbəbilə döyüş təyyarələrini havaya qaldırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatına istinadən "Polsat News" məlumat yayıb.

    Məlumatda xüsusilə, Ukraynanın Polşa ilə qonşu olan bölgələrində Rusiyanın hücum PUA-larının peyda olması səbəbilə Polşanın hava məkanında hərbi təyyarələrin fəaliyyətə başladığı bildirilib.

    Məlumatda həmçinin bu addımların profilaktik xarakter daşıdığı bildirilib.

    R
    Oyun və VR/AR müxbiri

    Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

    Bütün məqalələrə baxın
    Paylaş: