🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu rayonda evlər bahalaşıb

08.09.2025 11:25 1 baxış sayı 2 dəq. oxuma
Bu rayonda evlər bahalaşıb

2025-ci ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evləri üzrə ən çox bahalaşma Səbail rayonunda baş verib.

Bu barədə Metbuat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Səbail rayonunda yerləşən fərdi yaşayış evləri ötən illə müqayisədə 26,5% bahalaşıb.

Cari ilin iyul ayı ilə müqayisədə isə bu rayon üzrə 1,1% bahalaşma olub.

Qiymət artımlarında Səbaili Nizami, Nərimanov və Xəzər rayonları izləyib. Nizamidə fərdi yaşayış evləri 18%, Nərimanov və Xəzərdə isə müvafiq olaraq 17,8% və 16,5% bahalaşıb. İyul ilə müqayisədə bu rayonlar üzrə bahalaşma müvafiq olaraq 1%, 1,5% və 2,1% olub.

İllik müqayisədə Nəsimidə 15,2%, Sabunçuda 14,8%, Binəqədidə 13%, Suraxanıda 12,4%, Yasamal rayonunda isə 11,5%-lik bahalaşma olub. İyul ilə müqayisədə Nəsimi, Sabunçu və Binəqədidə 1%-lik, Suraxanı və Yasamalda isə 0,5%-lik qiymət artımları olub.

Ötən ilin avqustu ilə müqayisədə bu ilin avqustunda ən aşağı qiymət artımı Pirallahı, Xətai və Qaradağ rayonlarında qeydə alınıb. Pirallahıda fərdi yaşayış evlərinin qiyməti 10%, Xətaidə 9,9%, Qaradağda isə 9% artıb. Cari ilin iyulu ilə müqayisədə bu rayonlarda bahalaşma müvafiq olaraq 0,5%, 1,3%, və 0,5% olub.

Paylaş: