Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu rayonlara qatarla getmək mümkündür - SİYAHI

03.09.2025 16:25 21 baxış sayı 2 dəq. oxuma Metbuat
Bu rayonlara qatarla getmək mümkündür - SİYAHI

Azərbaycanın dəmir yolu nəqliyyatı həm sərnişinlər, həm də yük daşımaları üçün önəmli rol oynayır. Xüsusilə, Bakı ilə digər bölgələr arasında birbaşa qatar reysləri həm yerli əhali, həm də səfər edənlər üçün rahat və əlverişlidir. Bu dəmir yolu xətləri ölkə daxilində gediş-gəlişi asanlaşdırır. Bəs Bakıdan hansı rayonlara birbaşa qatarlar fəaliyyət göstərir?

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdan 24 istiqamətə birbaşa qatarlar fəaliyyət göstərir:

Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa, Qazax, Qəbələ, Ağdaş, Balakən, Göyəm (Zaqatala), Zaqatala, Əliabad (Zaqatala), Qorağan (Qax), Qax, Göynük (Şəki), Şəki, Ağdam, Təzəkənd (Ağdam), Köçərli (Tərtər) və Bərdə.

Reyslərin cədvəli isə belədir:

Bakı–Balakən–Bakı istiqamətində hər gün 2 reys,

Bakı–Qazax–Bakı istiqamətində hər gün 4 reys,

Bakı–Qəbələ–Bakı həftəsonu (şənbə-bazar) 4 reys,

Bakı–Ağdam–Bakı isə şənbə günləri 2 reys fəaliyyət göstərir.

Sevinc İbrahimzadə / Metbuat.az

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: