
Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

İnzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.
Metbuat.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.
Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.
Həmçinin, qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzal...
Son Xeberler

Bu şəhərlərdə sərt karantin rejimi tətbiq olunmaya...
Son Xeberler

Qubada “Son zəng” şənliyi edənlər aşkarlandı -
Son Xeberler

Gecə yol hərəkəti qaydalarını kobud şəkildə pozan...
Azəri Xəbər
Gecə saatlarında avtoxuliqanlıq edən sürücülər məs...
Azəri Xəbər

Ötən gün axtarışda olduğuna görə 136 nəfər saxlanı...
Azəri Xəbər


