Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu şəxslərə verilən güzəştli kreditlərin məbləği açıqlandı

22.05.2025 09:25 69 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu şəxslərə verilən güzəştli kreditlərin məbləği açıqlandı

Bu ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 3379 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Metbuat.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzindən verilən məlumata görə hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 1707 müraciət üzrə 32,3 milyon manat məbləğində güzəştli kredit verilib.

2024-cü ilin ilk dörd ayının göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 61 faiz, kredit məbləği isə 56 faiz artıb.

Qeyd edək ki, verilən kreditlərin 28,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 784,5 min manatı güzəştli kreditlər, 2,5 milyon manatı isə mikrokreditlərdir.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: