
Bu tarixdən peşə məktəblərinə qəbul başlayır

Bu tarixdən peşə məktəblərinə qəbul başlayır.
Metbuat.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər:
“Qeydiyyatdan keçən müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır”.
Oxşar xəbərlər

Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi Baş...
Edumap.az Təhsil Portalı

Peşə təhsili üzrə sənəd qəbulu yekunlaşır
Son Xeberler

Baş Nazirdən VACİB QƏRAR -
Son Xeberler

Baş Nazirdən təhsillə bağlı daha bir qərar
Son Xeberler

Məktəblərdə qiymətləndirmə ilə bağlı güzəştlər nəz...
Son Xeberler

Baş Nazir yeni
Son Xeberler