Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu universitetlərdə tədris onlayn olacaq - SİYAHI

24.02.2025 17:25 112 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu universitetlərdə tədris onlayn olacaq - SİYAHI

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada keçiriləcək.

Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetlərinin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq 25 fevralda da dərslər hibrid (həm ənənəvi, həm onlayn formatda) keçiriləcək.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: