
Bu yerlərə leysan yağır

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, Şahdağda qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.
Oxşar xəbərlər

Bakıda Leysan Yağışı: Səbəb Açıqlandı
Bugun.az

Bakıya axşam yağış və şimşək xəbərdarlığı
Bugun.az

Azərbaycanın Bəzi Rayonlarında Qar Yağır
Bugun.az

Bəzi yerlərdə yağış yağır
Bugun.az

Bakıda yağışlı hava nə vaxta kimi davam edəcək?
Xəbər Anı

Şuşaya ilk qar yağır -
Son Xeberler