
Bu yolla bağlı sürücülərəmüraciət edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) çağırış edib.
Metbuat.az xəbər verir ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Oxşar xəbərlər

“Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün...
Son Xeberler

"Azərenerji" Rəhbərinə Cidd-Cəhdlə Tənqid Edildi
Son Xeberler

Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA
SON Xəbər

CS2: 17 Noyabr Yenilənməsi
Texnologiya xəbərləri

Çində iş adamı korrupsiyaya görə edam edildi
Son Xeberler

CS2-nin 20 Dekabr Tarixli Yenilənmə Qeydləri
Texnologiya xəbərləri