Bütün dairələrdə seçkilər normal keçib - Məzahir Pənahov
Bütün dairələrdə seçkilər normal keçib.
Metbuat.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı brifinqdə deyib.
O bildirib ki, ümumiyyətlə MSK-ya heç bir şikayət daxil edilməyib.
“1 589 178 nəfər səs verib. 1 580 532 bülleten sayılıb”.
M.Pənahov qeyd edib ki, 118 seçki dairəsi, 4872 məntəqə hesabat verib.
Onun sözlərinə görə, lider namizədlərin sayı 7 791 nəfərdir. M.Pənahov vurğulayıb ki, 413 bələdiyyə artıq formalaşıb.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Oxşar xəbərlər
Seçkilərin vaxtı açıqlandı
Xəbər Anı
Akkreditasiyadan keçən müşahidəçilərin sayı açıqla...
Bugun.az
Bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət ed...
Bugun.az
İslandiya Dördgünlük İş Həftəsinə Keçir
KIBRIT MEDIA
Samsung Galaxy S25 Plus və S25 Ultra: Güc Sınağı!
Texnologiya xəbərləri
Hizbullah: “Biz qalib gələcəyik!”
Son Xeberler