Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Çalışdığı evdən oğurluq edən qadın saxlanıldı

28.11.2025 13:42 4 baxış sayı 2 dəq. oxuma Metbuat
Çalışdığı evdən oğurluq edən qadın saxlanıldı

Bakı şəhəri, Xətai rayonunda böyük oğurluq cinayəti baş verib. Zərərçəkən şəxs polisə müraciət edib, evindən külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Oğurlanan əşyaların ümumi dəyəri 60 000 manat təşkil edir. Bu oğurluğun qeyri-aşkar şəraitdə törədildiyi qeyd olunub.


Polis əməkdaşları dərhal əməliyyat keçiriblər. Qısa müddətdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Həmin şəxs 52 yaşlı Mənşurə Əliyevadır. Aparılan araşdırmalar göstərib ki, saxlanılan qadın zərərçəkənin evində dayə kimi çalışırmış. Məlumata görə, o, əşyaları bir dəfəyə deyil, son üç ay ərzində hissə-hissə oğurlayıb.


Qızıl-zinət əşyalarının talanmasında şübhəli bilinən Mənşurə Əliyeva barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda bu talama cinayəti ilə bağlı istintaq araşdırmaları davam etdirilir, işin bütün detalları araşdırılır.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: