Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Cənubi Koreyada hərbi vəziyyət ləğv edildi

03.12.2024 19:25 147 baxış sayı 1 dəq. oxuma Metbuat
​Cənubi Koreyada hərbi vəziyyət ləğv edildi

Cənubi Koreya parlamentində Prezident Yoon Suk Yeolun elan etdiyi hərbi vəziyyətin ləğv edilməsi barədə fövqəladə iclas keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda hərbi vəziyyətin ləğv edilməsi barədə səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Cənubi Koreya Milli Assambleyası sədrinin ofisinin açıqlamasına görə, ölkədə elan edilən hərbi vəziyyət səsvermədən sonra qüvvədən düşüb. Konstitusiyaya görə, parlament səs çoxluğu ilə hərbi vəziyyəti ləğv edə bilər.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol müxalifətin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu irəli sürərək, ölkədə hərbi vəziyyət elan etmişdi. Hərbi vəziyyət elan edildikdən sonra əsgərlər Milli Assambleya binasına daxil olublar. Seul səmalarında helikopterlər patrul uçuşları həyata keçirib.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: