Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı

07.10.2025 08:25 24 baxış sayı 1 dəq. oxuma Metbuat
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Yovan Kaçevski idarə edəcək.

Ona Daniel Vasilevski ilə Aleksandar Gyorgyeski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Gyorgiev yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 10-da Karvina şəhər stadionunda keçiriləcək Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: