Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ceyhun Bayramov TDT-nin baş katibi ilə görüşdü

24.10.2025 12:33 13 baxış sayı 2 dəq. oxuma Metbuat
Ceyhun Bayramov TDT-nin baş katibi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyevi qəbul etdi. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər ölkəmizin TDT çərçivəsində sədrliyinin prioritetlərini, təşkilatın gündəliyində duran məsələləri və gələcək planları ətraflı müzakirə etdilər. Nazir Ceyhun Bayramov təşkilat çərçivəsində dostluq, qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu bildirdi. O, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan bütün addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini qeyd etdi. O, həmçinin təşkilatın katibliyinin və beynəlxalq təşkilatlardakı müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.


Görüş zamanı tərəflər təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün önəmli olan məqamlara toxundular. Onlar ötən il Şuşada keçirilmiş qeyri-rəsmi sammiti və sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsini yüksək qiymətləndirdilər. Bu il Qəbələdə baş tutmuş sammitdə qəbul edilən qərarların da əhəmiyyəti xüsusi qeyd olundu. Baş katib Kubanıçbek Ömüralıyev Azərbaycan tərəfindən təşkil edilmiş tədbirlərin uğurlu keçməsi münasibətilə təbriklərini çatdırdı. Həmçinin, Azərbaycanın Qəbələ sammiti zamanı irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçirildi.


Bundan başqa, görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran fərqli məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: