
Çikunqunya virusu Azərbaycanda yayılmayacaq - İnfeksionist

Dünyanın bəzi ölkələrində yeni virus olan çikunqunya xəstəliyinə yoluxma halları artmaqda davam edir.
İnfeksionist-həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu virus endemik bir xəstəlikdir, xüsusi bölgələrdə yayılıb.
O qeyd edib ki, dünyanın bəzi bölgələrində, xüsusən də Cənubi Amerikada, Asiyanın bəzi yerlərində, Şərqi Asiya, Hindistan və indi isə Çində yayılmalar müşahidə olunur:
“Azərbaycanda hazırda belə bir virusun yayılması ehtimalı yoxdur. Çünki bunun üçün xüsusi ağcaqanadlar olmalıdır. Ağcaqanadlar bu virusu dişləmə yolu ilə insana ötürür və onun yayılması üçün uyğun şərait olmalıdır: sular, subtropik mühit, nəmli iqlim”.
Həkim deyib ki, iqlim dəyişmələri mövcuddur və gələcəkdə bu mümkündür.
Sevinc İbrahimzadə / Metbuat.az
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Kubada ağcaqanadlar ilə keçən viruslara yoluxma nə...
Azəri Xəbər

Kubada Ağcaqanadlar Səbəbindən Yayılan Xəstəliklər...
Son Xeberler

Azərbaycanda çikungunya virusunun yayılma riski va...
Bugun.az

Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli
Son Xeberler
Honkonqda çikunqunya virusunayoluxanların sayı 70-...
Azəri Xəbər

Uşaqlar arasında təhlükəli virus yayılıb
Tibbi məlumatlar


