COP29 çərçivəsində karbonlaşma mövzusunda panel keçirildi - FOTO
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyə pavilyonunda “Polad sənayesinin gələcəyi: karbonlaşma, dairəvi iqtisadiyyat və ortaya çıxan problemlər” adlı panel keçirilib.
Metbuat.az xəbər verir ki, panel İstanbul Mədən və Metal İxracatçı Birliklərinin (İMMİB) təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Türkiyə İxracatçılar Məclisi baş katibinin müavini Kübra Ulutaş bildirib ki, təşkilat 150 mindən çox əmtəə və xidmət ixracatçılarını bir araya gətirir. “Avropa İttifaqı bizim ən böyük ticarət tərəfdaşlarımızdandır. Biz yaşıl çevrilmə prosesi edirik. Digər halda bazarlarımızı itirə bilərik. Bir çox sektor - dəmir-polad, alüminium, elektrik, gübrə, kimya, əsasən bu çevrilmə prosesini istiqamətləndirir. Biz bu sektorlarda transformasiya etməyə diqqət yetiririk. Sıfır tullantı səfərbərliyi barədə proqramlarımız da mövcuddur. Yeni maliyyələşdirilən layihələrimiz var. Həmçinin dövrilik və davamlı təchizat zəncirinin idarə edilməsi, digər qurumlarla uğurlu əməkdaşlığımız var”, - deyə o, əlavə edib.
Birləşmiş Millətlər Universitetinin böyük elmi işçisi Sanae Okamoto qeyd edib ki, universitet BMT-nin analitik, tədqiqat və təlim mərkəzidir. Universitetin dünya üzrə 13 kampusu olduğunu vurğulayan S.Okamoto deyib: “Hazırda çaışdığım kampus Hollandiyada yerləşir. Biz həm bilik bazasını, həm də yol xəritəsini yaratmağa çalışırıq. Yerli startaplar və kənd innovasiya ekosistemi üçün bəzi praktik alətlər istifadə edirik. Prosesin sürətləndirilməsində diqqət etməli olduğumuz beş əsas sahə var. Birincisi, fiziki kapitaldır. Yaşıl keçidə nail olanda sürətlənən kənd innovasiya ekosistemini dəstəkləmək üçün məkanın və icmanın olması çox vacibdir. İnkubasiya sistemlərinin mövcudluğu, düzgün işləyən avadanlıq və infrastrukturun, logistikanın, həmçinin regionda dəstəkləyici lokal şəbəkələrin olub-olmadığını yoxlamaq lazımdır”.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin üzvü, “Vat enerji” şirkətinin baş direktoru Altuğ Karataş vurğulayıb ki, son 3 ildə rəsmi olaraq COP zirvələrinin hər birində iştirak edib.
“İş dünyasının verdiyi töhfəni cəmiyyətimiz yaradıb. Təbii ki, qalıq yanacaqlardan da istifadə olunur. Lakin transformasiya baş verir. Məqsədimiz istehsal olunan firmaların təmiz, bərpa olunan enerji almasıdır”,- deyə o, əlavə edib.
Digər çıxışçılar mövzu ilə bağlı geniş müzakirə apararaq öz fikirlərini bölüşüblər.
Etiketlər
Oxşar xəbərlər
COP29-un Yaşıl Zonasında panel sessiyası keçirildi
Bugun.az
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iql...
Bugun.az
İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az
Leyla Əliyeva COP29 çərçivəsində müzakirələrdə işt...
Bugun.az
COP29-un Prezidenti QHT-lərin pavilyonunda - FOTO
Bugun.az
COP29 çərçivəsində “Həmkarlar ittifaqları üçün str...
Bugun.az