🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Çörəyin qiyməti artacaq? - AÇIQLAMA

13.02.2025 05:25 14 baxış sayı 2 dəq. oxuma
Çörəyin qiyməti artacaq? - AÇIQLAMA

Ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb. Un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar.

Bu, çörəyin bahalaşmasına səbəb ola bilər?

İqtisadçı ekspert Elşad Məmmədov Metbuat.az-a bildirib ki, unun topdansatış bazarındakı qiymət artımı daxili bazarda çörəyin qiymətinə təzyiq göstərir:

“Bu, təbiidir, çünki xammalın və istehsalda istifadə olunan məhsulların qiymətinin dəyişməsi son məhsula təsirsiz qala bilməz. Bununla yanaşı, adekvat yanaşmaların tətbiqinə ehtiyac var. Burada söhbət cavab addımlarından gedir və bu addımlar yalnız fiskal vergi güzəştlərindən ibarət olmamalıdır. Çörək istehsalçılarının kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi və istehsalın lokallaşdırılması, yəni idxaldan asılılığın azaldılması siyasəti çərçivəsində stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər yerli istehsalın dəstəklənməsi, kredit və fiskal güzəştlərin tətbiqi və qiymətin balanslı saxlanılması ilə bağlı olmalıdır”.

Ekspertin fikrincə, qiymətin nominal olaraq saxlanılması, lakin çəkinin azaldılması optimal həll yolu deyil.

Onun sözlərinə görə, qiymət və çəki arasındakı mütənasibliyin qorunması, eyni zamanda çörəyin keyfiyyətinin aşağı düşməməsi təmin olunmalıdır. Bütün bu tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə qiymət artımının qarşısı alınmalı və istehlakçılar üçün əlçatan şərait yaradılmalıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: