
Daha 8 “Startap” şəhadətnaməsi verildi

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə KOBİA-dan məlumat verilib. Bildirilib ki, iclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri aşağıdakılardır:
- “Navimax” MMC - GPS izləmə platforması,
- Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi;
- “Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq;
- “Oenva” MMC - onlayn intellektual oyun platforması;
- “EcoRide” MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma;
- “Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma;
- “E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma;
- “Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.
Bununla da, “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Oxşar xəbərlər

Kreativ, yenilikçi, gəlirli bir ideyanız varsa, bu...
Edumap.az Təhsil Portalı

Həm ödənişsiz, həm də sertifikatlı təlimlər!
Edumap.az Təhsil Portalı

Sahibkar kimi yetişmək istəyən tələbələr üçün əla...
Edumap.az Təhsil Portalı

Tələbələr üçün əla fürsət! "SAGE" proqramının 2-ci...
Edumap.az Təhsil Portalı

İqlimə təsir edəcək startapları axtarırıq!
Edumap.az Təhsil Portalı

Türk Dünyası Fintex Birliyi Quruldu
Bugun.az