Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Daha üç vəzifəli şəxs həbs olundu - İmamoğlu işi

23.03.2025 11:25 99 baxış sayı 2 dəq. oxuma Metbuat
Daha üç vəzifəli şəxs həbs olundu - İmamoğlu işi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, onlar Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Əli Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır.

Adı çəkilən şəxslər silahlı terror təşkilatına yardımda ittiham edilirlər.

Qeyd edək ki, daha əvvəl Ə.İmamoğlu həbs olunub. Onunla yanaşı, daha 18 nəfər - Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: