Daşkəsəndə Zəfər Günü münasibətilə tədbir keçirilib
Daşkəsən: Zəfər Günü münasibətilə tədbir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Daşkəsən rayon İcra Hakimiyyəti Zəfər Günü münasibətilə Daşkəsəndə Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə tədbir keçirib.
Tədbir “Vətənpərvər Azərbaycan gəncliyi – bu günün və sabahın qurucusu: zərərli vərdişlərə YOX deyir” mövzusunda keçirilib. Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Vətən Müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak ediblər.
SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən bəhs edib və gələcək əsgərlərin fiziki və psixoloji hazırlığının vacibliyini vurğulayıb. O, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı mübarizə istiqamətində aparılan işlər barədə məlumat verib.
Vətən Müharibəsi iştirakçısı, baş leytenant Ceyhun Əliyev 44 günlük müharibə ilə bağlı xatirələrini bölüşüb və gənclərə tövsiyələr verib. Tədbirdə məktəblilərin sualları cavablandırılıb və onların iştirakı ilə vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.
Oxşar xəbərlər
Zəfər Günü münasibətilə təntənəli bayram konserti...
Bugun.az
Pakistan XİN Azərbaycanı təbrik etdi
Bugun.az
Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq
Xəbər Anı
Peter Mixalko Azərbaycanı təbrik etdi
Bugun.az
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir...
Bugun.az
Zəfər Gününə Həsr Olunan Ağacəkmə Aksiyası: Polis...
Bugun.az