Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dayanacaqlarda kondisionerlər işləmir? - RƏSMİ CAVAB

03.06.2025 12:25 52 baxış sayı 1 dəq. oxuma Metbuat
Dayanacaqlarda kondisionerlər işləmir? - RƏSMİ CAVAB

Atatürk parkının qarşısında yerləşən qapalı avtobus dayanacağında kondisionerlər işlək vəziyyətdə deyil. Daha dəqiq desək, cihazlara gedən elektrik kabelləri belə kəsilib. Vətəndaşlar bildirirlər ki, həmin kondisioner qış aylarında fəaliyyət göstərirmiş.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, smart dayanacaqlarla bağlı monitorinq aparılır.

“Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Qeyd edilən ünvanda da nasazlıq aradan qaldırılıb”, - deyə T.Orucov qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: