🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Dekabrdan etibarən yeni proses olacaq - Hacıyevdən sülh açıqlaması

13.11.2024 07:25 10 baxış sayı 2 dəq. oxuma
Dekabrdan etibarən yeni proses olacaq - Hacıyevdən sülh açıqlaması

Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar.

Metbuat.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, noyabrın sonuna qədər Azərbaycanın gündəmindəki əsas mövzu COP29-dur: "Ola bilsin, dekabr ayından etibarən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.

H.Hacıyevin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar mövcuddur:

"Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədiyi üçün ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ona görə də hazırda bu kontekstdə prosesin ləngidiyi hiss edilir. Böyük ehtimalla, dekabr ayından etibarən, artıq yeni proses olacaq".

Paylaş: