
Dəməşq beynəlxalq hava limanı fəaliyyətini bərpa edir

Suriyada yeni administrasiya Dəməşq beynəlxalq hava limanına nəzarəti ələ alıb.
Metbuat.az xəbər verir ki, hava limanı təmizlik işləri aparılandan sonra beynəlxalq uçuşlara açılacaq. Məlumata görə, rejim devriləndən sonra Əsədə sadiq təhlükəsizlik qüvvələri və şəxsi heyət geri çəkildikdən sonra hava limanı fəaliyyətini dayandırıb. Suriyada hakimiyyəti ələ keçirən Heyət Təhrir əl-Şamın təhlükəsizlik rəsmisi Ömər Əl Şami Dəməşq hava limanının bərpasının beynəlxalq əlaqələr üçün önəmli olduğunu bildirib.
Qeyd edək ki, Dəməşqdə həyat artıq normala qayıdır. Paytaxtın məşhur ədviyyat və taxıl bazarlarından olan Bzuriyeh bazarında dükanlar fəaliyyətini bərpa edir. Banklar və dövlət qurumları da yenidən açılıb.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Mosul limanı 14 ildən sonra yenidən fəaliyyətə baş...
Bugun.az

“Qatar Airways” Suriyaya uçuşlar həyata keçirəcək
Bugun.az

Litva Belarusla sərhəddəki keçid məntəqələrini bağ...
Azəri Xəbər
Rusiyanın üç hava limanı fəaliyyətini dayandırıb
Azəri Xəbər
Vilnüs hava limanı yenidən uçuşlara bağlanıb
Azəri Xəbər

Bakıda yeni hava limanı tikilir
Bugun.az


