
Dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü mövzusunda təlim keçirildi

Jurnalistlər üçün “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil edilib.
Metbuat.az xəbər verir ki, təlim Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Media İnkişafı Agentliyinin iqamətgahında baş tutub.
BMT Müxbirlər Assosiasiyasının üzvü olan təlimçi Stefano Vaccara və Jordan Dakamseh azərbaycanlı jurnalistlərlə öz təcrübələrini bölüşməklə yanaşı, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə dezinformasiya və misinformasiya ilə mübarizə aparma yollarından bəhs ediblər.
Onlar həmçinin jurnalistikada neytrallığın obyektivliklə eyniyyət təşkil etmədiyini vurğulayaraq obyektivliyin jurnalistikanın sütununu təşkil etdiyini vurğulayıblar.
Təlim çərçivəsində sosial media platformaları vasitəsilə sürətlə yayılan yalan xəbərlərin qarşısını almaq üçün media savadlılığının məktəblərdə tədris proqramına əlavə edilməsinin önəminə də diqqət çəkilib.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Açılıq və Korrupsiyaya Qarşı Mübarizədə Media: Dəy...
Son Xeberler

Azərbaycan milli mətbuatının 150 illik yubileyi il...
Azəri Xəbər

“İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” m...
Bugun.az

Almaniyada Təlim Qalmaqalı: Polis Həqiqi Mermi ilə...
Son Xeberler

Kamran Əliyev Braziliyada “Prokurorluq orqanlarını...
Azəri Xəbər

Media nümayəndələri üçün “Data Jurnalistikası” möv...
Bugun.az


