Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

DİM-dən düzəliş - Bu ixtisas 5000 manatdır

06.07.2025 08:25 29 baxış sayı 1 dəq. oxuma Metbuat
DİM-dən düzəliş - Bu ixtisas 5000 manatdır

Jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.

Bu varədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

    Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.

    Bakalavarların nəzərinə çatdırırıq ki, magistraturaya ixtisaslaşma seçimi 7 – 13 iyul tarixlərində həyata keçiriləcək.

    «Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal

    A
    Gənclik və trendiər müxbiri

    Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

    Bütün məqalələrə baxın
    Paylaş: