Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dövlət Komitəsində görüş keçirildi

05.12.2025 11:03 7 baxış sayı 3 dəq. oxuma Metbuat
Dövlət Komitəsində görüş keçirildi

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsveç Krallığı Xarici İşlər Nazirliyinin Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi (səfiri) Kristian Kamill ilə görüşüb.


Ramin Məmmədov qonağı təyinatı münasibətilə təbrik etdi, sonra Azərbaycan xalqının əsrlərə söykənən birgəyaşayış ənənələri haqqında məlumat verdi. O, ölkədə müxtəlif dini konfessiyaların sülh şəraitində fəaliyyət göstərməsi üçün yaradılan şəraiti qeyd etdi. Komitə sədri bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmiz dinlərarası dialoq sahəsində dünyada aparıcı mövqe tutur. Burada təkcə məscidlərin deyil, həmçinin kilsə və sinaqoqların təmir-bərpası aparılır və yeniləri inşa edilir. Dini icmalara, o cümlədən xristian icmalarına mütəmadi olaraq maliyyə yardımı ayrılır. Bu yanaşma sayəsində ölkədə bütün konfessiyalar arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlər formalaşıb.


İsveç Krallığı Xarici İşlər Nazirliyinin yeni xüsusi nümayəndəsi Kristian Kamill Azərbaycanın multikultural dəyərlərin təşviqində göstərdiyi dəstəyi və oynadığı rolu yüksək qiymətləndirdi. O, Azərbaycanın tolerantlıq modelinin və dövlət rəhbərliyinin bu sahəyə göstərdiyi yüksək diqqətin qlobal müstəvidə sülhün və qarşılıqlı anlaşmanın bərqərar olması üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Kamill qeyd etdi ki, müasir dünyada barışın və sabitliyin təmin edilməsi üçün dinlərarası dialoq çox vacibdir, Azərbaycanın bu sahədəki nümunəsi isə təqdirəlayiqdir.


Görüşdə İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentzson da iştirak edirdi. Tərəflər iki ölkə arasında müvafiq sahədə təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə etdilər. Onlar qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları barədə danışdılar.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: