
Dünya çempionatının yarımfinalçıları bəlli oldu - U-17

Qətərdə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 1/4 final mərhələsinin oyunları başa çatdı. Dörd gərgin qarşılaşmadan sonra mundialın yarımfinalçıları müəyyənləşdi.
Bəzi komandalar çətinliklə qalib gəldi. Belə ki, Avstriya Yaponiyanı, İtaliya isə Burkina Fasonu eyni, 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi. Portuqaliya İsveçrə üzərində 2:0 hesablı təmiz qələbə qazandı. Sonuncu yarımfinalçı yerini isə Mərakeşi 2:1 hesabı ilə üstələyən Braziliya tutdu.
Bu nəticələrə əsasən, yarımfinal cütlükləri belə formalaşdı: Portuqaliya Braziliya ilə, İtaliya isə Avstriya ilə qarşılaşacaq. Hər iki yarımfinal oyunu noyabrın 24-də baş tutacaq.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Klublararası dünya çempionatının qalibi bəlli olur
Bugun.az

Ferstappen Qətər Qran-prisinin qalibi olub
Azəri Xəbər

Azərbaycanın qol güləşi komandası Bakıda keçirilən...
Azəri Xəbər

Şahmat üzrə Azərbaycan çempionatının ilk yarımfina...
Bugun.az

Tunis final mərhələsinə vəsiqə qazandı
Bugun.az

Türkiyə “pley-off”da bu ölkələrdən biri ilə qarşıl...
Bugun.az


