🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Dünya Çempionu Jalə Əliyeva: "Tarix Yazdığım üçün Qürur Duyuram"

26.10.2024 14:25 24 baxış sayı 2 dəq. oxuma
Dünya Çempionu Jalə Əliyeva: "Tarix Yazdığım üçün Qürur Duyuram"

“Qazandığımız nəticədən çox xoşbəxtəm. Azərbaycan qadın güləşinin tarixində ilk dünya çempionu oldum. Bu hiss sözlə ifadə olunmaz. Adımı ölkə idman tarixinə yazdırdığım üçün qürur duyuram.”

Azərbaycan güləşçisi Jalə Əliyeva, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazandıqdan sonra AZƏRTAC-a verdiyi müsahibədə bu sözləri söylədi. O, turnirdən əvvəl bu tarixi uğuru hiss etdiyini bildirdi: "İki dəfə 23 yaşa qədər güləşçilər arasında Avropa çempionatında qızıl medal qazanmışdım. Bu uğurlardan sonra hədəfim dünya çempionu olmaq idi. Çünki bu yaş kateqoriyasında sonuncu yarışımı keçirirdim. Qızıl medal qazanacağıma şübhəm yox idi. Şükürlər olsun ki, bayrağımızı yüksəklərə qaldırdım.”

Gənc idmançı final görüşünün çətin keçdiyini vurğuladı: "Yaponiyalı Ruka Natami ilə qarşılaşmada çox güc sərf etdim. Yapon idmançıları ilə mübarizə çətindir, çünki onlar son saniyəyə qədər təzyiq göstərirlər. Dizimdəki zədə və həyəcan tez yorulmağıma səbəb oldu. Lakin əzm sayəsində qızıl medalı ölkəmə qazandırdım. Gələcək hədəfim böyüklər arasında keçirilən Avropa, dünya və Olimpiya oyunlarında uğurlu nəticələr əldə etməkdir.”

Paylaş: