Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əhmədzadənin xanımı ölkəni tərk etdi - FOTO

13.11.2025 05:32 10 baxış sayı 1 dəq. oxuma Metbuat
Əhmədzadənin xanımı ölkəni tərk etdi - FOTO

Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova Azərbaycanı tərk edib. Məlumatlara görə, o, bir neçə gün əvvəl uşaqları ilə birlikdə Londona yollanıb. Ailənin bundan sonra daimi olaraq məhz London şəhərində yaşayacağı bildirilir.


G. Cəfərovanın ölkədən gedişi zamanı bəzi şəxsi heyətini də özü ilə apardığı məlumdur. Qeyd edilir ki, o, mühafizəçi və sürücüsünü də birlikdə Londona aparıb. Bu köç Adnan Əhmədzadə haqqında məhkəmə tərəfindən ciddi həbs qətimkan tədbirinin seçildiyi bir vaxtda baş verir.


Xatırladaq ki, Adnan Əhmədzadə ciddi ittihamlarla üzləşir. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir. Əhmədzadə barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: