
Əlilliyə görə sosial ödənişlərə ayrılan vəsait 2 dəfədən çox artıb

Ölkəmizdə aparılan sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin davamlı artımı təmin olunur. Həmin kateqoriyadan olan şəxslərə əlilliyə görə aylıq pensiya, müavinət, təqaüd ödənilir.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 2018-2024-cü illərdə ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım olub.
Həmçinin əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 milyard manat artım özünü göstərib.
Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan sosial müdafiə və sosial təminata ayrıl...
Azəri Xəbər

Əlilliyə görə müavinətlər artırıldı
Bugun.az

Son 20 ildə strateji valyuta ehtiyatları 38 dəfədə...
Azəri Xəbər

Azərbaycanın 9 ayda müdafiə və milli təhlükəsizlik...
Azəri Xəbər

Azad olunmuş ərazilərin bərpasına sərf edilən vəsa...
Azəri Xəbər

Azərbaycanda sosial sahəyə ayrılan vəsait artırıla...
Bugun.az


