🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Emin Əmrullayev legioner limitinin ləğvindən danışdı

07.02.2025 21:25 4 baxış sayı 2 dəq. oxuma
Emin Əmrullayev legioner limitinin ləğvindən danışdı

"Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev 2025/26 mövsümündə Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə danışıb.

E.Əmrullayev proqnoz verməyin çətin olduğunu söyləyib:

"Gərək əvvəl nəticələri görək. Legioner limitinin ləğvi liqanın rəqabətli olmasına və çempionatın səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Yerli futbolçular limitin tətbiqində rahat olurlar. Hər halda, bunu müsbət qərar kimi görürəm. Amma nəticələri birlikdə görəcəyik. Azərbaycan Basketbol Liqasını nümunə gətirmək istəyirəm. Oyunun keyfiyyəti qalxıb".

Qeyd edək ki, "Neftçi" PFK ilə "International Holding Company"yə (IHC) məxsus olan "Palms Sports" arasında bu gün beşillik sponsorluq müqaviləsi imzalanıb.

Xatırladaq ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/26 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün böyük məbləğdə rüsum tətbiq olunub.

Paylaş: