Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ərdoğan Putinə Ukrayna danışıqları ilə bağlı ev sahibliyi təklif etdi

28.03.2025 21:25 117 baxış sayı 1 dəq. oxuma Metbuat
Ərdoğan Putinə Ukrayna danışıqları ilə bağlı ev sahibliyi təklif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin arasında bu gün baş tutan telefon danışığının yeni təfərrüatları məlum olub.

Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına ev sahibliyini təklif edib.

Bundan başqa, Türkiyə lideri Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Suriyada sülh və sabitliyin təmin olunması üçün Ankara və Moskva koordinasiyalı hərəkət etməlidir.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: